Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” adlı kitab işıq üzü görüb.
“KARO” nəşriyyatında çap olunmuş topluya 13 müasir Azərbaycan yazıçısının hekayələri daxil edilib. Kitabın əsas xüsusiyyətlərindən biri də əsərlərin Azərbaycan və rus dillərində təqdim olunmasıdır. Nəşri Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova tərtib edib. Hekayələrin rus dilinə tərcüməsini isə universitetin şərqşünaslıq fakültəsinin tələbələri və magistrantları həyata keçiriblər.
Kitab həm rusdilli oxucuların müasir Azərbaycan ədəbiyyatı ilə tanışlığına, həm də Azərbaycan dilini öyrənən tələbələrin dil və tərcümə bacarıqlarının inkişafına xidmət edir.
XQ