Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
30 ildən çox müddətdə müstəqil siyasət həyata keçirən Azərbaycan Respublikası bu gün dünyamızın siyasi arxitekturasının yenidən formalaşmasında Cənubi Qafqazın lider dövləti olaraq fəal iştirak edir.
Xüsusilə, 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində regionda bərqərar olan sabitlik ölkəmiz üçün yeni çoxvektorlu əməkdaşlıq əlaqələrinin yaranmasına rəvac verdi.
Bu baxımdan, son illərdə Azərbaycanda dünya beyin mərkəzlərinin qabaqçıl mütəxəssislərinin toplanaraq aktual məsələləri müzakirə etmək üçün əsasları vardır.
Regionda, eləcə də dünyada baş verən hadisələrin müzakirə edilməsi, geniş elmi təhlil aparmaqla düzgün qiymətləndirilməsi və marağı olan ictimaiyyətə çatdırılması ənənəvi olaraq məhz Bakı şəhərində, Azərbaycan Diplomatik Akademiyasında baş tutur.
Növbəti beynəlxlaq toplantı Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 9 aprel 2025-ci il tarixində keçirildi.
Həmin Forumda Cənab Prezident region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi.
Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, doğrudan da dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin, regional əməkdaşlıqların əhəmiyyəti artmaqdadır.