Azərbaycan Həndbol Federasiyası cənub bölgəsində komandalar formalaşdıracaq | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Həndbol Federasiyasının (AHF) məqsədi cənub bölgəsində komandalar formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir.
Bunu "Report"a AHF-nin cənub bölgəsi üzrə yeni təyin edilmiş koordinatoru Vidadi Əliyev deyib.
O, Lənkəranda və digər bölgələrdə müəllimlərlə söhbət aparıldığını söyləyib: "Cənub zonasında, xüsusən də Lənkəranda uşaqların həndboldan ümumiyyətlə anlayışı yoxdur.
Düzdür, burada əvvəllər komandalar olub. Amma SSRİ dönəmində fəaliyyət göstəriblər. Bu səbəbdən məktəblərdə hənbola maraq olurdu.
90-cı illərdən sonra isə cənub zonasında Cəlilabadı çıxmaq şərtilə ümumiyyətlə həndbol olmayıb.
Məqsədimiz 2012-2013 təvəllüdlülərdən başlayaraq uşaqları həndbola cəlb etmək və komanda formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir.
Lənkərana yeni gəlmişəm. Gənclər və İdman Nazirliyi cənub regionundakı demək olar bütün Olimpiya Komplekslərini sərəncamımıza verib.
Tam oxu
Xəbəri oxu