Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 oktyabr, AZƏRTAC
“Azərbaycan hərb tarixi” adlı dərslik işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulan kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Kitab ən qədim dövrlərdən XX əsrə qədər mərhələni əhatə edir.
Dərsliyin müəllifləri Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru, professor Nurulla Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.
Kitabda qədim dövrdən XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamüllü kompleks şəkildə öyrəninlib. Həmçinin Azərbaycanda hərb işinin yaranması və inkişafı məsələləri işıqlandırılıb.
Geniş mənbə və ədəbiyyat əsasında hazırlanan dərlikdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətin inkişafın xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadə usulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub.
Dərslikdə xronoloji ardıcıllıqla dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin yuxarıda göstərilən xüsusiyyətləri əks olunub. Kitab tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib.