Icma.az, Modern.az saytına istinadən bildirir.
Dünyanın ən güclü ordularının 2026-cı il üçün reytinq cədvəli tərtib edilib.
Modern.az xəbər verir ki, ən güclü orduların yeni reytinqini Amerikanın “Global Fire Power” araşdırma mərkəzi açıqlayıb.
Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya qərarlaşıb.
Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan 101-ci, Gürcüstan 95-ci, İran 16-cı pillədə qərarlaşıb.