Azərbaycan heyəti İrpendə

07.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İrpen şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə malik İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili tədris olunur.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa olunmuş Akademik Zərifə Əliyeva adına lisey və şəhər poliklinikası ilə tanışlıq olub. Müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpen şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm nümunələrindəndir.

Qonaqlar Azərbaycan hökumətinin dəstəyi ilə İrpendə planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə tanış olublar.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью