Azərbaycan heyəti Qazaxıstanda seçkiləri müşahidə edəcək

22.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdədir. Məqsəd avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.

Nümayəndə heyəti avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək. İclas zamanı seçki administrasiyaları arasında davamlı dialoq və əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin qazaxıstanlı həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью