Azərbaycan Hindistanda keçiriləcək turizm sərgisində iştirak edəcək

09.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan fevralın 19-21-də Hindistanın Yeni Dehli şəhərində keçiriləcək “SATTE 2025” turizm sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, turizm sərgisində iştirakın ehtimal olunan qiyməti 226 min manatdır. Tədbir Hindistan Beynəlxalq Konqres və Sərgi Mərkəzində təşkil ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью