Azərbaycan hotellərinin gəlirləri azaldı

27.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

2025-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 % azalaraq 653 milyon manat olub.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, bunun 61,8 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2 %-i ictimai iaşə xidmətlərindən, 2,9 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,1 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 % olub (əvvəlki il 24 %). Bu göstərici Naftalanda 48,5 %, Şabranda 41,7 %, Bakıda 36,9 %, Qusarda 31,7 %, Sabirabadda 27,7 %, Lənkəranda 23,3 %, Qəbələdə 21,5 %, Şamaxıda 20,5 %, Bərdədə 19,5 %, Qubada 16,6 %, Beyləqanda 15,7 %, Ağdamda 15,6 %, Qaxda 15,5 %, Masallıda 15,3 %, digər şəhər və rayonlarda isə 15,3 %-dən aşağı olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью