Azərbaycan ictimaiyyətinə ağır itki

28.11.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Cəlilabadın tanınmış şairi, yazıçı-publisist və veteran jurnalist Sakit Orduxanlı (Sakit Şükür oğlu Abdullu) dünyasını dəyişib.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir, o, bu gün 65 yaşında vəfat edib.

Qeyd edək ki, Sakit Orduxanlı 1961-ci il sentyabrın 5-də Cəlilabad rayonunun Cəfərli kəndində anadan olub. Orta təhsilini Biləsuvar rayonunda başa vurduqdan sonra Cəlilabad Sovxoz Texnikumunda təhsil alıb.

Uzun illər Cəlilabad rayonunun ictimai-mədəni və ədəbi mühitində fəal iştirak edib, mətbuat sahəsində çalışıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью