Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib

06.02.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan İdman Akademiyasının (AİA) 2024/2025-ci tədris ilində magistratura təhsil səviyyəsinin “İdman menecmenti” (tədris ingilis dilində) ixtisaslaşmasının 6 tələbəsi ikili diplom proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Koventri Universitetində davam etdirmək imkanı əldə edib.

AİA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, magistrantlarla görüşən Akademiya rəhbərliyi tələbələri bu münasibətlə təbrik edərək onlara təhsillərində uğurlar arzu edib. Həmçinin görüşdə Akademiyada tələbələr üçün yaradılan bu unikal təhsil imkanının üstünlükləri, gələcək perspektivlər, qazanılacaq beynəlxalq təcrübə və qlobal əmək bazarına uyğun səriştələrə yiyələnmək haqqında ətraflı danışılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью