Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
27–28 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında Azərbaycan beynəlxalq idman, fitnes, sağlamlıq fəal həyat tərzi sərgisi keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaşın iştirak edəcəyi sərgidə 2 gün ərzində ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı əldə edəcəklər.
Qabil YUSİFOĞLU
XQ