Azərbaycan idmançıları dünya çempionatında 4 medal qazandı VİDEO

20.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kempo Federasiyasının yığma komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında iştirak edib.

Fanat.Az xəbər verir ki, idmançılarımız yarışda 4 medal qazanıb.

Dünya çempionatında 20-dən artıq ölkənin 2000-dən çox idmançısı iştirak edib. Azərbaycan komandasında ən yüksək nəticəni Fərəh Novruzzadə göstərib. O, yeniyetmələr arasında 48 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Kollektivin digər üzvlərindən Məhəmməd Allahverdiyev kata-formal hərəkətlər kompleksində, Nihat Əhmədli isə full-kempo təlimində üçüncü yeri tutub.

Yarışda müxtəlif ölkələrin kempo federasiyalarının rəhbərləri də öz hazırlıq səviyyələrini nümayiş etdirib. Azərbaycan Kempo Federasiyasının prezidenti Tarıverdi Allahverdiyev turnirin bürünc mükafatına layiq görülüb. 2025-ci ilin mötəbər turnirlərində yığma komandamızın ən yaxşılar sırasında olacağına inam yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью