futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın akrobatika gimnastikası üzrə milli komandasının üzvləri İtaliyanın Pezaro şəhərində təşkil olunan dünya çempionatında uğurla çıxış edərək həlledici mərhələyə vəsiqə qazanıblar.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
Yarışların ilk təsnifat günündə turnirin qalibi olan qadın kollektivi temp hərəkətləri proqramında 28,330 xal toplayaraq birinci sıradan finala adlayıb.
Yarışın gümüş mükafatçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük isə balans proqramında 28,550 xal yığaraq ilkin mərhələni 3-cü pillədə başa vurub və medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Digər təmsilçilərimiz Seymur Cəfərov və Rəsul Seyidli tandemi temp hərəkətlərində 26,200 xal, iki proqramın cəmində isə 51,850 xal toplayaraq adlarını finalistlər sırasına yazırmağı bacarıblar.