futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası qarşıdan gələn dünya çempionatı öncəsi hazırlığın son mərhələsinə start verib.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, həmçinin məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında təşkil olunan toplanışda əsas diqqət taktiki-texniki çalışmaların təkmilləşdirilməsinə və rəqiblərin ətraflı təhlilinə yönəldilib.
Təlim-məşq prosesinə dəvət edilən pəhləvanların heyəti aşağıdakı kimidir:
55 kq: Eldəniz Əzizli, Emin Cavadlı
60 kq: Murad Məmmədov, Nihad Quluzadə
63 kq: Nihat Məmmədli, Tural Əhmədov
67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə
72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev
77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov
82 kq: Qurban Qurbanov
87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov
97 kq: Murad Əhmədiyev
130 kq: Sərxan Məmmədov, Beka Kandelaki
Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi oktyabrın 24-dən 27-dək davam edəcək.