Azərbaycan idmançılarından 4 medal

10.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.

Futbolpress.az xəbər verir ki, taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Əsas xəbərlər, Ümumi idman Paris-2024: Qaşım Maqomedov “gümüş”lə kifayətləndi

8 Avqust 2024, 0:08

Əsas xəbərlər, Ümumi idman Paris-2024: Azərbaycan idmançısı FİNALDA!

7 Avqust 2024, 19:27

Əsas xəbərlər, Ümumi idman Paris-2024: Qaşım Maqomedov yarımfinala yüksəldi

7 Avqust 2024, 18:15

Əsas xəbərlər, Ümumi idman Azərbaycan taekvondoçularından 6 medal

29 İyun 2024, 1:15

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью