Azərbaycan idmançılarının Qran pri nəticələri

28.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

24- 26 sentyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançılarımız Aleksandr Pluşenko, Arina Kalugina, o cümlədən buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, yarışın nəticələrinə uyğun olaraq təmsilçimiz Pluşenko qısa və sərbəst proqram üzrə çıxışı zamanı 26 idmançı arasında 181.97 xal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Digər təmsilçimiz Arina Kalugina 35 idmançı arasında 160.02 xal qazanaraq 14-ci yerə sahib olub.

Anna və Drake cütlüyü isə buz üstünə çıxaraq ritm və sərbəst rəqs üzrə 119.27 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью