Azərbaycan idmançılarının yeni reytinq sıralaması

02.12.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Azərbaycan idmançılarının yeni reytinq sıralaması

Azərbaycan idmançılarının 2025-ci il dekabrın 1-nə olan reytinq cədvəli açıqlanıb.

QOL.az xəbər veir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. 

Siyahıya yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) liderlik edir. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (430 xal) üçüncüdür.

Həmçinin 10-luqda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) da yer alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью