Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan batut gimnastı Selcan Mahsudova beynəlxalq arenada növbəti böyük uğura imza atıb. Təmsilçimiz Almaniyanın Kotbus şəhərində təşkil olunan dünya kubokunda qızıl medal qazanıb.
Futbolpress.az xəbər verir ki, qadınlar arasında fərdi yarışlarda mübarizə aparan gimnastımız çıxışı ilə diqqət çəkib.
Final mərhələsində kompozisiyasını dəqiqliklə yerinə yetirən Mahsudova hakimlər heyətindən 55,540 xal alaraq turnirin çempionu adını qazanıb.