Azərbaycan idmançısı Batumidə 11 ci oldu

25.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın fiqurlu konkisürəni Aleksandr Pluşşenko Gürcüstanın Batumi şəhərində keçirilən gənclər arasında Qran-prinin 5-ci mərhələsində mübarizə aparır.

Futbolpress.az xəbər verir ki, 13 yaşlı idmançımız qısa proqramdakı performansına görə hakimlərdən 62,49 xal alaraq 11-ci pillədə qərarlaşıb.

Qısa proqramın yekunlarına əsasən, Yaponiyanı təmsil edən Sena Takahasi 86,19 xalla ilk sırada yer alıb. İsveçrəli Ean Vayler 81,17 xalla ikinci, Belçika idmançısı Denis Kruqlov isə 77,24 xalla üçüncü olub.

Ümumilikdə 26 fiqurlu konkisürənin qatıldığı turnirdə idmançılar sərbəst proqram üzrə çıxışlarını sentyabrın 25-də nümayiş etdirəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью