Azərbaycan idmançısı Bolqarıstanda üçüncü qızıl medalı qazandı

10.07.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə də yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Maqsud Tahirli bütün rəqiblərini üstələyib.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu dəfə 1 metrlik tramplindən tullanışda o, qızıl medal qazanıb.

Bundan öncə Tahirli həm 5 metrlik platforma, həm də 3 metrlik tramplindən tullanışlarda da bütün digər iştirakçılardan daha yüksək nəticə göstərərək fəxri kürsünün ən üst pilləsinə layiq görülüb.

Ümumilikdə yarışda 11 ölkənin 160-dan çox yeniyetmə idmançısı iştirak edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью