Azərbaycan idmançısı dopinqə görə diskvalifikasiya edildi

01.09.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Kikboksinq üzrə Azərbaycan idmançısı Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə diskvalifikasiya edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) məlumat yayıb.

Məlumata görə, Abbaszadənin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitlərinin, yaxud markerlərinin aşkarlanması (2.1), həmçinin qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi (2.2) qeyd olunub.

İdmançının nümunəsində S5 kateqoriyasına - diuretiklər və gizlədici agentlərə aid olan furosemid aşkarlanıb. Furosemidin antidopinq nəzarəti zamanı müsbət nəticəyə səbəb ola bildiyi qeyd edilib.

Baba Abbaszadəyə tətbiq edilən sanksiya 2026-cı il iyulun 6-da qüvvəyə minib və 2028-ci il eyni tarixədək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью