Azərbaycan idmançısı dünya kubokunun qalibi oldu

29.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İdman gimnastikası üzrə Dünya kuboku mərhələlərinin yekun nəticələri açıqlanıb.

QOL.az xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov halqalarla yarışda birinci olub.

Təmsilçimiz 6 mərhələnin yekununda ən yüksək bal toplayıb. Dünya kubokunun Bakı mərhələsinin qalibi olan Simonov Kottbus, Osiek, Antalya və Qahirədə isə ikinci yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью