Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
Axar.az xəbər verir ki, Tsokayev Gürcüstan idmançısı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb.