Azərbaycan idmançısı erməni rəqibini məğlub etdi

11.04.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Modern.az xəbər verir ki, təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçaturyana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kerem Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Hamza Bakıra yenilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью