futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada təşkil olunan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Açıq Kubokunda uğurla çıxış edərək fəxri kürsüyə yüksəlib.
Futbolpress.az xəbər verir ki, 70 kq çəki dərəcəsində qüvvəsini sınayan atletimiz birdən qaldırma hərəkətində 130 kq, təkanla qaldırmada isə 160 kq-ın öhdəsindən gəlib.
İki hərəkətin cəmində toplam 290 kq nəticə göstərən təmsilçimiz turniri üçüncü pillədə tamamlayaraq yarışın bürünc medalına sahib çıxıb.