Azərbaycan idmançısı İsveçdə “qızıl” qazandı

27.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən ” Örebro Masters – Nordic Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı beynəlxalq turnirdə qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib.

Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn Vahab Fətullayev həlledici qarşılaşmada İsveç təmsilçisi Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью