Azərbaycan idmançısı Qran pridə iştirak edəcək

26.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “World Taekwondo Grand Prix” finalında çıxış edəcək.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq.

İdmançı böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında yarışda mübarizə aparacaq.

Qeyd edək ki, sözügedən yarış noyabrın 27-dən 29-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью