futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə Dünya Çempionatında sərbəst güləşçimiz Giorgi Meşvildişvili növbəti qələbəsini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, ən ağır çəki dərəcəsində (125 kq) qüvvəsini sınayan təmsilçimiz 1/4 final mərhələsində Türkiyə idmançısı Hakan Büyükçınqılla qarşılaşıb. Pəhləvanımız 10:1 hesablı darmadağınla qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Xatırladaq ki, daha əvvəl mundialda mübarizəni başa vuran yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) çempion olaraq qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala yiyələniblər.