Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycan taekvondoçusu Adil Kazımlı Seneqalda təşkil olunan Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə uğurlu start verib.
Futbolpress.az xəbər verir ki, -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız yarışa birbaşa 1/4 final mərhələsindən qatılıb.
İlk görüşündə tunisli Adem Dyebbi ilə qarşılaşan təmsilçimiz rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.