Azərbaycan idmanın inkişafı istiqamətində fəaliyyətdə nöqsanlar üzə çıxıb

29.01.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Newscenter.az Palataya istinadən xəbər verir ki, iclasda qurumun auditoru Vəfa Mütəllimova 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələrini təqdim edib.
Müzakirələrdə nazirliyin şöbə müdirləri və digər məsul şəxs iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Palatanın təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.
İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью