Azərbaycan idmanının hamisi

28.12.2024

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyildiyi kimi, hazırda beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxmağmız, ölkəmizin dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər və idman siyasətinin ən böyük uğurlarından biridir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Bu gün Prezident İlham Əliyev Azərbaycan idmanının hamisidir, İdman siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda ölkənin bütün regionlarında da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik və uzaqgörən siyasətin parlaq təzahürləridir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etdi. Onun yorulmaz və gərgin əməyi sayəsində qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırıldı, dünya şöhrəti qazandı. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. Müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Heç şübhəsiz ki, uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, bu günlərdə 2024-cüi ilin idman yekunlarına həsr olunan görüş bir daha Azərbaycanın rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Siyasət 10:01

Azərbaycan idmanının hamisi ŞƏRH

Siyasət 09:59

Ulu Öndər Heydər Əliyevin Mirası: Dünya Azərbaycanlılarının birliyinə doğru addım ŞƏRH

Siyasət 09:57

Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək ŞƏRH

Siyasət 09:54

Həmrəylik milli birliyimizdir ŞƏRH

Dünya 27 Dekabr 22:09

Şolz Putinlə danışıqları bərpa etməyə hazır olduğunu bildirib

Dünya 27 Dekabr 21:18

Ağ Ev Aktauda baş verən təyyarə qəzasında Rusiyanı günahlandırıb

Dünya 27 Dekabr 21:02

Gəmi saxlanılmasaydı, bunun nəticələri daha ciddi ola bilərdi

Siyasət 27 Dekabr 20:51

Kuba səfiri: Belə bir ağır gündə Azərbaycan xalqının yanındayıq

Dünya 27 Dekabr 20:39

ABŞ İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət 27 Dekabr 20:26

Naxçıvan məktəblərində vakant olan 23 vəzifə üzrə müsabiqə keçirilib

Digər xəbərlər

Həmrəylik milli birliyimizdir ŞƏRH

Siyasət 09:54

Kuba səfiri: Belə bir ağır gündə Azərbaycan xalqının yanındayıq

Siyasət 27 Dekabr 20:51

İraq XİN sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanat yayıb

Siyasət 27 Dekabr 20:15

Levan Davitaşvili: Bu ağır gündə Azərbaycan xalqının yanındayıq

Siyasət 27 Dekabr 19:52

Dünyadakı nəzarətsiz silahlar - RAKURS

Siyasət 27 Dekabr 19:19

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Siyasət 27 Dekabr 18:03

Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevirəcəyi ilə bağlı vədini konkret addımları ilə təsdiqləyir ŞƏRH

Siyasət 27 Dekabr 17:37

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqudur ŞƏRH

Siyasət 27 Dekabr 17:27

Milli birliyimiz sarsılmazdır ŞƏRH

Siyasət 27 Dekabr 17:25

İƏT-in Baş katibi İlham Əliyevə başsağlığı verib

Siyasət 27 Dekabr 17:21

İranın xarici işlər nazirinin müavini Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib

Siyasət 27 Dekabr 17:20

Monteneqronun Baş naziri Azərbaycana başsağlığı verib

Siyasət 27 Dekabr 17:19

Digər Layihələrimiz

Tərəfdaşlarımız

© 2002-2021, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan

Tel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]

Baş redaktor: Bəhruz QULİYEV Təsisçi: “Əlincə“ Azərbaycan Xeyriyyə Cəmiyyəti

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью