Azərbaycan İƏT sənaye nazirlərinin 4 cü iclasında

25.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye nazirlərinin 4-cü iclası keçirilib. Nazirlərin Düşənbə toplatısında ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

İclasda çıxış edən S.Ələkbərov Azərbaycanın İƏT ilə əməkdaşlığın inkişafına və üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, İƏT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Toplantıda Azərbaycanın sənaye və investisiya potensialı, ölkəmizdə biznes və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın inkişafı, sənaye zonalarının fəaliyyəti və bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətində keçirilən tədbirlər qeyd edilib.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda regional sənaye əməkdaşlığı, investisiya, nəqliyyat-logistika, ticarət bağlantılarının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İclasda “Regional sənaye əməkdaşlığının canlandırılması üzrə Düşənbə Bəyannaməsi” qəbul edilib.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-cü ildə yaradılıb. Ölkəmiz 1992-ci ildən təşkilatın üzvüdür. Üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması, regiondaxili ticarətin təşviqi məqsədilə yaradılmış təşkilatın 10 üzvü var.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью