Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“57 dövlətin üzv olduğu İslam İnkişaf Bankı (İİB) qlobal maliyyə qurumlarından biri hesab olunur.”
Bu sözləri İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı deyib.
Gununsesi.info bildirir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, 1974-cü ildə yaradılan bankın nizamnamə kapitalı 150 milyard dollar, abunə kapitalı isə 76 milyard dollardır.
“Bankın ən böyük sərmayədarı 23.5 fazi ilə Səudiyyə Ərəbistanıdır. Azərbaycanın nizamnamə kapitalında payı 1 faizdir. Bu pay ilə Azərbaycan bankda ilk on beşlikdə qərarlaşıb.
Ötən il maliyyə tərəfdaşları İİB tərəfindən maliyyələşdirilən layihələrə 5,5 milyard dollar məbləğində ianə edərək, ortaq maliyyə və inzibati məsuliyyətlər vasitəsilə layihələrə dəstək olublar. Bank 2025-ci il üçün iqlim maliyyələşdirməsi hədəfini 35 faizə çatdıraraq bu istiqamətə 2,4 milyard dollar ayırıb.
Bu əməkdaşlıq Azərbaycan üçün nələr vəd edir?
İllik toplantının Bakıda keçirilməsi bir daha ölkəmizə olan diqqətin təcəssümüdür. Azərbaycan Prezidentinin toplantının açılış mərasimində iştirak etməsi isə ölkəmizin sözügedən qurumla əməkdaşlığa nümayiş etdirdiyi diqqətdir. Azərbaycan artıq uzun müddətdir ki, kifayət qədər yüksək səviyyəli tədbirlərə ev sahiblik edir. İİB-nin illik toplantılarında 3 mindən çox nümayəndə heyəti iştirak edir. İllik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında artıq bir sıra sazişlər imzalandı. 295 milyon dollar dəyərində olan bu anlaşmalar tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Azərbaycan və İİB arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusən özəl sektorun dəstəklənməsi istiqamətində daha dərinləşmiş əməkdaşlıq nümayiş etdiriləcəyi gözlənilir”
Şəbnəm