Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir | Icma.az
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Son yüksək səviyyəli görüşlər bir daha təsdiq edir ki, ölkə arasındakı münasibətlər yeni mərhələdə uğurla davam etdirilir.Ölkələr arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarıb.
2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb.
Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır.
İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb. Bu isə o deməkdir ki, idxalda Çin Azərbaycanın ən böyük tərəfdaşıdır.Vacib məqamlard
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur.
2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi bağlı işlər sürətlənib.
Tam oxu
Xəbəri oxu