Azərbaycan ilə Ermənistan arasında normallaşma ticarət münasibətlərinin yaranmasında da özünü göstərir

22.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərir.

Moderator.az-ın məlumatına görə, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib.

Azərbaycan Prezidenti regionda artıq sülhün mövcud olduğunu diqqətə çatdırıb.

İlham Əliyev bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью