Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlıq | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcudluğu ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşü bu əlaqələrin daha dərinləşməsinə müsbət təsirini göstərəcəkdir.
Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olarkən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.
MƏCBURİ KÖÇKÜN QIZLAR VƏ İNTERNAT EVLƏRİ ÜÇÜN TƏHSİL VƏ SOSİAL DƏSTƏK LAYİHƏSİ Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib.
Tam oxu
Xəbəri oxu