Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN

20.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью