Azərbaycan ilə Meksika arasında turizm əlaqələri müzakirə edilib

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüşündə turizm üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir Azərbaycan turizm sənayesini təmsil edən bir neçə nəfərlik heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil olunacağı barədə məlumat verib.

Həmçinin o, Fuad Nağıyevi aprelin 27-dən 30-dək Akapulko şəhərində keçiriləcək Latın Amerikası regionunun ən böyük və nüfuzlu sərgilərindən biri olan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak etməyə dəvət edib.

Fuad Nağıyev öz növbəsində Azərbaycan tərəfinin Meksikanın aparıcı bloger və media nümayəndələrinin ölkəmizə tanışlıq səfərinin keçirilməsinə hazır olduğunu qeyd edib.

Görüşdə BMT Turizm və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью