Azərbaycan ilə Mərakeş müdafiə sahəsində hərbi əməkdaşlıq edəcək AZƏRTAC

27.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan və Mərakeş Krallığı müdafiə sahəsində hərbi əməkdaşlıq edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin dekabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью