Azərbaycan ilə Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək

03.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin noyabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, sənəd 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.

Parlament qanun layihəsini təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью