Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi ticari əməkdaşlığın spektri çox genişdir | Icm…
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq qədim dostluq və ortaq tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq münasibətləri çərçivəsində inkişaf edir.
Hər iki ölkə türkdilli dövlətlər arasında səmərəli əməkdaşlıq nümunəsi yaratmış, regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləmişdir.
Bu əlaqələr təkcə siyasi müstəvidə deyil, eyni zamanda iqtisadi, ticarət, nəqliyyat, energetika, logistika, kənd təsərrüfatı, sənaye, turizm və digər sahələri əhatə edən geniş spektrli əməkdaşlıq formatında öz əksini tapır.
Azərbaycan və Qazaxıstan iqtisadi potensialı baxımından biri Cənubi Qafqazın, digəri isə Mərkəzi Asiyanın aparıcı ölkələridir.
Hər iki ölkənin zəngin enerji resurslarına malik olması, geostrateji mövqeyi və tranzit imkanları onları qarşılıqlı şəkildə həm rəqib deyil, həm də strateji tərəfdaş edir.
Bu baxımdan, enerji resurslarının daşınması, nəqliyyat dəhlizlərinin birgə inkişaf etdirilməsi və rəqəmsal iqtisadiyyatın təşviqi kimi sahələrdə əməkdaşlıq gündən-günə genişlənir.
Son illərdə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu