Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Azərbaycan və Qazaxıstan xalqları qədim tarixi, dini və mədəni bağlarla yanaşı, mehri
Hər iki dövlət arasında siyasi münasibətlər qarşılıqlı etimad, hörmət və sabit əməkdaşlıq prinsipləri üzərində möhkəm şəkildə qurulub.
Dövlət başçılarının yaxın əlaqələri ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm təsir göstərir, ikitərəfli əməkdaşlığın güclənməsinə və yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illərdəki qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.
Xüsusilə, son üç ildə Azərbaycan Prezidenti Qazaxıstana yeddi, Qazaxıstan Prezidenti isə Azərbaycana altı dəfə səfər edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 18-də Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibədə bildirib ki, keçən onilliklər ərzində xalqlarımızın tarixi qardaşlıq və dostluq ənənələri, ortaq türk kimliyi, oxşar mədəni dəyərlər və mənəvi yaxınlıq əsasında biz möhkəm strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri formalaşdırmışıq.
Prezidentin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə ən çox təsir göstərən amil dövlət başçıları səviyyəsində aparılan fəal, qarşılıqlı etimada əsaslanan dialoqdur ki, bu da bütün istiqamətlərdə əlaqələrin dərinləşməsinə şərait yaradır.Qazaxıstan, həmçinin Azərbaycanın işğaldan azad edilən torpaqlarında həyata keçirilən bərpa və tikinti işlərinə də öz dəstəyini göstərir.
Füzuli şəhərində salınan və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi adlanan bina iki xalq arasında dostluq və mənəvi həmrəyliyin bariz simvoluna çevrilib.