Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ilə Şimali Kipr arasında çarter uçuşlarının təşkili istiqamətində mühüm mərhələyə çatılıb.
Marja xarici mətbuata istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, Azərbaycan hökuməti və aidiyyəti qurumlarla aparılan işlər nəticəsində bu istiqamətdə irəliləyiş əldə olunub.
“İnanıram ki, imzalayacağımız əməkdaşlıq sazişləri ilə birlikdə çox qısa müddət ərzində Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müntəzəm çarter reyslərinin başladığını hamımız görəcəyik. Bu, yalnız nəqliyyat xətti olmayacaq. Bu, eyni zamanda turizmə açılan yeni qapı, ticarətə açılan yeni dəhliz, təhsilə açılan yeni fürsət və qardaşlığımızı daha da gücləndirəcək yeni körpü olacaq”, – Üstel bildirib.