Azərbaycan “İMMEX Frankfurt 2025” adlı beynəlxalq turizm sərgisində təmsil olunur

21.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 may, AZƏRTAC

Almaniyanın Frankfurt şəhərində “İMMEX Frankfurt 2025” adlı beynəlxalq turizm sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı turizm şirkətlərinin iştirakı ilə keçirilən sərgiyə “Shams Group Azərbaycan” şirkəti də qoşulub.

Dünyanın aparıcı turizm şirkətlərinin Azərbaycanın turizm potensialına göstərdiyi marağın hər il artmaqda olduğunu söyləyən şirkətin rəhbəri Qalib Əliyev deyib: “44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycanın qlobal səviyyədə nüfuzu getdikcə daha da artır. Bütün sahələrdə öz sözünü deyən ölkəmizin turizm sahəsində də imkanları genişlənməkdədir. Belə sərgilər ölkəmizin turizm imkanlarının dünya miqyasında təbliği və tanıdılması əvəzsiz platformadır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью