Azərbaycan internetin sürətinə görə neçəncidir? Reytinq

18.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Ookla” analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb. 

“Qafqazinfo” “Speedtest”ə istinadən xəbər verir ki, cədvəldə həm mobil, həm də genişzolaqlı internet nəzərə alınıb. 

Məlumata görə, Azərbaycan yanvar ayında mobil internetin sürətinə görə (70,65 Mbit/s) 54-cü yerdə qərarlaşıb. Genişzolaqlı internet sürətinə görə isə 90-cı yeri tutub. 

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, genişzolaqlı internet sürətinə görə birinci yeri isə Sinqapur tutub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью