Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

09.10.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.

Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata enib, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,6 % artaraq 71 milyard 721,7 milyon manata yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью