Azərbaycan iqtisadiyyatı 1,6 faiz böyüyüb

09.12.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub".

525.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью