Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,24% artaraq 1 barelə görə 74.82 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,26% artaraq 1 barelə görə 71.91 ABŞ dollarına bərabər olub.
Bəs görəsən 2025-ci ildə dünya neft bazarından gözləntilər nələrdir? Bu ildə neft qiymətlərində hansı dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Samir Heydərov bildirib ki, 2025 ci ildə neftin qiymətinə təsir göstərə biləcək əhəmiyyətli hadisələrdən biri, bəlkə də birincisi ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsidir.
İqtisadçı qeyd edib ki, Tramp hakimiyyətə gəlməmişdən az əvvəl seçkidən sonra həyata keçirəcəyi tədbirlər sırasında Avropa Birliyi və Çinlə ticarət müharibəsi böyük yer alır: “Ticarət müharibələri özündə tariflərin qaldırılmasını ehtiva edir.
Bu halda əmtəələrin qiymətini artırır və onlara olan tələb azalır.
Bu halda onların istehsalında, istifadə və daşınmasında istehlak olunan neft və təbii qaza olan tələb azalır və nəticədə neftin, təbii qazın qiyməti, eyni zamanda dünyada iqtisadi artım azalır.