Azərbaycan iqtisadiyyatı: Dayanıqlı və davamlı inkişaf

01.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı ölkə başçısı bildirib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir:

“Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var”.

Yoxsulluğun 5 % səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib:

"Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq".

Ziyalılar, iqtisadçılar son illər ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin reallığı əks etdirdiyini bildirirlər.    

Millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 31-ci "Baku Energy Forum"unun rəsmi açılış mərasimində çıxışında səsləndirilən fikirlər, ölkə iqtisadiyyatının inkişafı barədə açıqlamaları günün reallığıdır:

“Bunu nəinki dövlətimizin rəhbəri qiymətləndirir, bir çox beynəlxalq maliyyə qurumları, aparıcı beynəlxalq reytinq agentlikləri də Azərbaycanda gedən inkişafa çox yüksək qiymət verirlər.

Əlbəttə ki, bu, ölkədə yaradılan ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin sülhə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya verdiyi önəmin bir bəhrəsidir. Bu gün ölkə iqtisadiyyatı inkişafdadır. Yoxsulluğun azaldılması istiqamətində çox mühüm işlər görülüb və yoxsulluq 5 faizə endirilib.

Ölkə iqtisadiyyatının inkişafına yönəldilən səylər öz nəticəsini verir. Bugünlərdə kənd təsərrüfatının inkişafına həsr edilən müşavirədə cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr də bilavasitə Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsinə, insanların kənddə məskunlaşmasına, onların maddi rifahının yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin bilavasitə təmin edilməsinə hesablanıb.

Sözsüz ki, bu iqtisadiyyata verilən dəyər, həm də gələcək işlərin daha dolğun, səmərəli həyata keçirilməsinə göstərilən qayğı və diqqətdir.

Xarici borcun əhəmiyyətli dərəcədə azaldılması, xarici əlaqələrin möhkəmləndirilməsi, bir çox ölkələrlə iqtisadi əlaqələrin yaradılması Azərbaycan iqtisadiyyatının inkişafına öz mübət təsirini göstərir. Bu baxımdan ölkəmizin rəhbəri qürurla bildirir ki, hazırda Azərbaycan iqtisadi göstəriciləri çox müsbətdir. 

Biz bunu həyata keçirilən tədbirlərdə aydın görürük”.

Onun sözlərinə görə, əgər Azərbaycan iqtisadiyyatı dayanıqlı və davamlı olmasaydı biz düşmən üzərində tarixi qələbəni reallaşdıra bilməzdik:

“İqtisadiyyatımız inkişafda olmasaydı, biz bu gün işğaldan azad olunmuş ərazilərə 29 milyard manata yaxın vəsait qoya bilməzdik.

İqtisadi inkişaf sürətlə getməsəydi biz bu qədər məktəb, xəstəxana tikə, yollar çəkə, körpülər sala  bilməzdik. 

Eləcə də bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi mümkün olmazdı.Bütün bunlar iqtisadi göstəricilərdən, onun davamlılığından irəli gəlir və Azərbaycanın dünyada tanıdılmasına, söz sahibi olmasına imkanlar yaradır. 

Bu baxımdan Azərbaycan Prezidentinin söylədiyi fikirlər, iqtisadiyyatımıza verdiyi qiymət və ölkə iqtisadiyyatının inkişafı hər birimizdə qürur hissi doğurur”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İqtisadiyyat Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью